Rektor Məhəmməd İmanlının həbsindən danışdı

7 May 2012 17:32 (UTC+04:00)

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının həbsinə münasibət bildirib. Movqe.az-ın ölkə mediasına istinadən yaydığı məlumata görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, o, ezamiyyətdən bu gün səhər gəlib və bu barədə səhər qəzetlərdən öyrənib: "Bu məsələ araşdırılacaq. Əgər cinayət törədilibsə, korrupsiya ilə bağlı faktlar varsa, hüquq-mühafizə orqanları bunu araşdıracaq".


Tural QABİLOĞLU