Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı

21 Oktyabr 2019 12:31 (UTC+04:00)

Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub və velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb.

Ə.Məmmədovun meyiti sudan çıxarılıb.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.