Bakıda 6 gün əvvəl itkin düşmüş kişi tapılıb

22 Oktyabr 2019 11:30 (UTC+04:00)

Bakıda 6 gün əvvəl itkin düşmüş 50 yaşlı kişi tapılıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü F.Quliyev Sabunçu qəsəbəsində yaşadığı ünvandan saat 12 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Quliyev tapılaraq ailəsinə təhvil verilib.