Yasamalda küçədə adam öldürüldü

25 Oktyabr 2019 15:02 (UTC+04:00)

Oktyabrın 24-də saat 13 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində 1 nəfərin Saatlı rayon sakini Daxil Allahyarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsi barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.