Fədayə Laçın sabah azadlığa çıxır

28 Oktyabr 2019 19:43 (UTC+04:00)

Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçının bu günə azadlığa çıxacağı bildirilmişdi.

Lakin onun həbsdən sabah çıxacağı məlum olub. Mövqe.az xəbər verir ki, bu barədə axşam.az-a ifaçının bacısı İlahə Fəda məlumat verib.

Onun sözlərinə görə, müğənni oktyabrın 29-da səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılacaq.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.