Rikki Martin dördüncü dəfə ata oldu

30 Oktyabr 2019 13:16 (UTC+04:00)

Məşhur pop ulduzu Rikki Martin dördüncü dəfə ata olub.

Mövqe.az-ın məlumatına görə, müğənni bu barədə “Instagram” səhifəsində elan edib.

Müğənni uşağa Renn Martin-Yosef adı verildiyini deyib.

Bu, Rikki Martinin 4-cü, isveçli rəssam Cvan Yoseflə eynicinsli nikahından 2-ci övladıdır.