Haramı düzündə traktor minaya düşüb

7 May 2012 21:23 (UTC+04:00)

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində traktor minaya düşüb. Bu barədəAPA-ya Füzuli rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün günorta saatlarında, Haramı düzündə qeydə alınıb. Təmas xəttində torpaq sahəsini şumlayan traktorun minaya düşməsi nəticəsində traktorun sürücüsü ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.