Ronaldonun oğlu 28 oyuna 58 qol vurub - VİDEO

31 Oktyabr 2019 15:22 (UTC+04:00)

Juventus-un futbolçusu Kriştiano Ronaldonun oğlu məhsuldarlığı ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, kiçik Kriştiano Ronaldo Turin təmsilçisinin U-9 komandasının heyətində 28 oyuna 58 qol vurub və 18 məhsuldar ötürmə verib.

Qeyd edək ki, ata Ronaldo cari mövsümdə A Seriyasında 8 oyuna 5 qol vurub. Çempionlar Liqasında isə o, 1 dəfə fərqlənib. (Report)