Sumqayıtda süpürgəçi qadını maşın vuraraq öldürüb

3 Noyabr 2019 14:00 (UTC+04:00)

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.