ADAU-da "Bayraq günü" ilə əlaqədar fakültələrarası yarışlara start verilib

4 Noyabr 2019 14:29 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində 9 noyabr “Dövlət Bayrağı Günü”nə və 12 noyabr “Konstitusiya” gününə həsr olunan fakültələrarası idman yarışlarına start verilib. Bütün fakültələrin 1-ci kurs tələbələri idmanın futzal, şahmat və stolüstü tenis növləri üzrə güclərini sınayıblar.

Yarışdan öncə təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru və tədbirin təşkilatçısı Aidə Qasımova hər iki mühüm tarixi bayram haqqında məlumat verib, bayrağımızın müqəddəsliyi , konstitusiyamızın humanistliyi haqqında danışıb, tarixi faktlar açıqlayıb, yarış iştirakçılarına uğur arzulayıb.
Əlihüseyn Şükürov.