Murmansk Azərbaycan Mədəniyyəti Mərkəzi "Etnomurman" gənclər forumunda ölkəmizi təmsil edib

4 Noyabr 2019 15:37 (UTC+04:00)

Rusiyanın Murmansk şəhərində Murmansk regional ictimai təşkilatlarının təşkilatçılığı ilə "Etnomurman" gənclər forumu keçirilib. Forumda Murmanskdakı Azərbaycan Mədəniyyəti Mərkəzinin və Rusiya Azərbaycanlı Gənclər Birliyi ilə iştirak ediblər. Forum çərçivəsində Murmansk Azərbaycan Mədəniyyəti Mərkəzi təşkil edilən Azərbaycan stendini və milli yeməklərimizin təamlarını iştikaçılara təqdim ediblər. Murmansk Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Afil Hüseynov bu tədbirlər ölkəmizin təbliğatı üçün yaxşı vasitə olduğunu qeyd edib. Mərkəzin sədr müavini Hüseynəli Hüseynov bundan sonra belə tədbirlərdə fəal iştirak edəcəklərini bildirib. Tədbirdə Murmansk vilayətinin qubernatorunun müavini Roman Dyuryagin və Murmansk vilayətinin daxili siyasət və rabitə nazirinin müavini Andrey Saxarov forum iştirkaçıları arasında olublar.