Barcelona-da ciddi itki

4 Noyabr 2019 22:13 (UTC+04:00)

Barcelona-nın futbolçusu Luis Suares sıradan çıxıb.

Goal.az xəbər verir ki, uruqvaylı hücumçu La Liqanın 12-ci turunun Levante ilə oyununda (1:3) zədələnib. Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, 32 yaşlı forvard bu mövsüm La Liqada 9 oyuna 6 qol vurub.