Bu həftə Bakıda hava necə olacaq?

4 Noyabr 2019 16:22 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.