Böyük Britaniyalı 20 yaşlı tələbə Lindsi Boun arıqlamaq istəyi ona həyatı bahasına başa gəlib.

5 Noyabr 2019 21:46 (UTC+04:00)

Axşam. Az xəbər verir ki, o, hər gün həb formasında alma sirkəsi qəbul edirmiş.

Otağında cansız halda tapılan Lindsi məhkəmə tibbi ekspertizasından keçirilərkən onun qanından yüksək miqdarda asidoz aşkarlanıb.

Gəncin anası onun hər gün yeməklərdən sonra alma sirkəsini daha sonra isə həbini içdiyini deyib. Həkimlər onun ölümünə səbəb olaraq bu həbi göstərir. Eyni zamanda, onun gündəliyində də qeyri-sağlam qidalanması haqda qeydlər aşkarlanıb.