Bir evdən 4 bacı-qardaşın meyiti tapıldı - CİNAYƏT, YOXSA İNTİHAR?

6 Noyabr 2019 12:01 (UTC+04:00)

İstanbulda bir evdə 2-si qadın olmaqla, 4 nəfərin meyiti tapılıb.

Mövqe.az xəbər verir ki, hadisə Molla Gürhani məhəlləsində baş verib. Evdə yaşayanlarla əlaqə saxlamaq mümkün olmadığı üçün polisə məlumat verilib. Evə baxış zamanı içəridə 4 nəfərin cəsədi aşkarlanıb.

İlkin ehtimala görə, bacı-qardaşlar psixoloji problemdən əziyyət çəkdikləri üçün birlikdə intihar ediblər.

Fakt araşdırılır.