Arsenal-da ciddi itki

7 Noyabr 2019 23:30 (UTC+04:00)

Arsenal ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Dani Sebalyos sıradan çıxıb. 23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun Vitoria ilə matçında (1:1) zədələnib.

İspan yarımmüdafiəçinin üç həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.