Bakıda dəfələrlə məhkum olunan qadın cinayət törətdi

7 Noyabr 2019 17:01 (UTC+04:00)

Bakının Suraxanı rayonunda oğurluq olub.

Mövqe.az Teleqraf.com-a istinadən xəbər verir ki, 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 500 manat və 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Bünyatova saxlanılıb.

Y.Bünyatova əvvəllər dəfələrlə məhkum olunub.