Bakıda yol qəzası baş verib - FOTO

8 Noyabr 2019 13:05 (UTC+04:00)

Bakıda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çermet" ərazisində baş verib. 

Belə ki, "VAZ-2104" markalı avtomobil hərəkətdə olarkən "Mercedes" markalı maşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib və yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.