Yaxın 3 ildə Bakıda 12 yeni metro qatarı gətiriləcək

8 Noyabr 2019 14:00 (UTC+04:00)

Gələn ilin fevral ayından etibarən Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq. 

Mövqe.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov məlumat verib. 

Onun sözlərinə görə, yaxın 3 ildə 12 metro qatarının (60 metro vaqonunun) gətirilməsi nəzərdə tutulub.