Masallıda imzatoplama kampaniyasını uğurla davam edir

8 Noyabr 2019 15:12 (UTC+04:00)

7 noyabr 2019-cu il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Şura iclası keçirilmişdir.

Şura iclasını giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermiş, 23 dekabr 2019-cu ildə ölkəmizdə keçiriləcək növbəti Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı rayon Şöbəsi imzatoplama kampaniyasının uğurla davam etdirdiyini vurğulamışdır.
Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir deyən Seyfəddin Əliyev,Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atdığını bildirmişdir. 
Seyfəddin Əliyev partiyanın hər bir üzvünün ölkəmizin siyasi həyatında mühüm hadisələrdən olan bələdiyyə seçkiləri ilə bağlı yüksək fəallıq nümayiş etdirmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, YAP Masallı rayon təşkilatı da bu mühüm prosesdə fəal iştirak etməlidir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və bələdiyyə seçkiləri ilə əlaqədar hər bir partiya üzvünün yüksək fəallıq göstərmələrinin vacibliyi vurğulanıb.
                                                                             Əlihüseyn Şükürov.