Azərbaycanda it qadını ağzından dişlədi

8 Noyabr 2019 19:05 (UTC+04:00)

Göyçayda qadın itin hücumuna məruz qalıb.
Mövqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.
Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.