Türkiyəli aktrisa Azərbaycanda oğurluq edib, ABŞ-a qaçıb

8 Noyabr 2019 22:56 (UTC+04:00)

Türkiyənin məşhur "Gəl danışaq" verilişində Amerikaya ərə gedən aktrisa Meltem Miraloğlu ilə bağlı maraqlı iddia səsləndirilib.

Axşam.az xəbər verir ki, sənətçi Onur Akay proqrama zəng edərək aktrisanın Türkiyədən köçmə səbəbini açıqlayıb. O, aparıcılığını Cengiz Semercioğlu, Seray Sever və Eylem İpek Şafak etdiyi verilişdə bildirib ki, Meltem oğurluq edib.

Ötən həftə Azərbaycana gələn Onur bu haqda Bakıda eşitdiyini söyləyib.

"Meltem əslində Amerikaya getməzdən əvvəl Azərbaycanda olub və bir qalaya qatılıb. Gecədə yanında başqa məşhurlar da olan aktrisa qalmaqal yaşayıb. Orada bir oğurluq edib. Ondan sonra məcbur qalıb Amerikaya qaçıb. Bu haqda Amerikadan da bir araşdırma apardım" deyə, Onur söyləyib.

Akay daha sonra "Amerikada sevdiyi oğlan əslində Meltemi döyməyib. Meltem söirtli içki aludəçisi olub. İçib və mənasız qısqanclıqlar edib. Bir dəfə də içkiyə 200-ə qədər dərman ataraq, intihara cəhd edib" sözlərini əlavə edib.

Onur Meltemin hazırda ərə getdiyi 80 yaşlı Patriklə bağlı gözlənilməz sözlər deyib. O bildirib ki, Patrik uşağı olmasın deyə, özünü sonsuzlaşdırıb.