Bakı sakininə qarşı 130 min dollarlıq dələduzluq edilib

8 Noyabr 2019 17:23 (UTC+04:00)

Bakı sakininə qarşı 130 min dollarlıq dələduzluq edilib.

Mövqe.az-ın xəbərinə görə, 43 yaşlı Famil Məmmədov polisə müraciət edərək Əflatun Rəhmanov adlı şəxs tərəfindən aldadılaraq 130 min dollar pulunun biznes qurmaq adı ilə alındığını bildirib.

Faktla bağlı araşdırma aparılır.