Türkiyədə ağır qəza: 20-yə yaxın yaralılar var

11 Noyabr 2019 09:15 (UTC+04:00)

Türkiyədə zəncirvari qəza nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Mövqe.az-ın məlumatına görə, hadisə axşam saatlarında Bursa vilayətində baş verib.

Ximdəti mikroavtobus, minik avtomobili və furqonun bir-biri ilə toqquşduğu bildirilir.

Hadisə yerinə səhiyyə isçiləri, jandarma əməkdaşları və yanğınsöndürən briqadaları cəlb edilib.

Biri üç aylıq uşaq olmaqla iki nəfər həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.