Rusiyada yol qəzasında azərbaycanlı sürücü öldü

11 Noyabr 2019 11:40 (UTC+04:00)
Rusiyanın Volqoqrad vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azərbaycanlı yük maşını sürücüsü ölüb. Mövqe.az-ın  məlumatına görə, 64 yaşlı sürücü "Volvo" markalı yük maşınından düşüb yol keçərkən onu minik maşını vurub. Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.