Xumar Fərhad Əhmədovun dəvətilə Göyçayda - Fotolar

11 Noyabr 2019 15:43 (UTC+04:00)

Göyçay rayonunda təşkil olunan 14-cü nar bayramı bu dəfə də rəngarəng görüntülərlə yadda qalıb. 

Axşam.az xəbər verir ki, 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayram öz möhtəşəmliyi ilə hər kəsin böyük marağına səbəb olub.

Şənliklərdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

Festival münasibətilə təşkil olunan ziyafətin iştirakçıları arasında isə özəl olaraq Əməkdar artist Xumar Qədimova da olub. Qədimova azərbaycanlı milyarder, festivalın təşkilatçısı Fərhad Əhmədovun şəxsi dəvətilə xüsusi solo proqramla çıxış edib. Sevilən müğənni qonaqların istəyi ilə yenicə təqdim etdiyi, İmadəddin Nəsiminin sözlərinə bəstələdiyi “Neylərəm” kompozisiyasını bir neçə dəfə ifa edib.

Qeyd edək ki, Əməkdar artist həmçinin “Bayraq meydanı” ərazisində təşkil olunan konsert proqramına da qatılıb.