Bakıda yüksək sürətlə hərəkət edən motosiklet aşıb - FOTO

12 Noyabr 2019 10:37 (UTC+04:00)

Bakıda motosiklet aşıb.

Mövqe.az-ın xəbərinə görə, hadisə paytaxtın Balaxanı-Mehdiabad yolunda qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən motosikletin sürücüsü idarəetməni itirib. Nəticədə motosiklet aşıb.

İlkin məlumata görə, motosikleti idarə edən şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.