Azərbaycan millisində dəyişiklik

12 Noyabr 2019 15:18 (UTC+04:00)

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, İspaniyanın “Albasete” klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov çağırılıb.

Noyabrın 16-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.