Mirqafar Seyidovun qardaşı xərçəngdən öldü

13 Noyabr 2019 12:25 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova ağır itki üz verib.

Mövqe.az BakuPost-a istinadən xəbər verir ki, generalın qardaşı Mirələsgər Seyidov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1948-ci il təvəllüdlü M.Seyidov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn edilib. Bu gün həmin kənddə mərhum üçün 3- 7 mərasimi keçirilir.