Ruhaniyə təyyarədə ad günü SÜRPRİZİ - FOTO

13 Noyabr 2019 17:57 (UTC+04:00)

İran prezidenti Həsən Ruhaninin ad günü təyyarədə qeyd olunub.

Yəzd və Kirman vilayətlərinə səfərdən qayıdan Ruhani təyyarədə sürprizlə qarşılaşıb.

Prezident təyyarəsinin heyəti tort hazırlayaraq onu təbrik ediblər.

Xatırladaq ki, İran İslam Respublikasının 7-ci prezidenti Həsən Ruhaninin dünən 71 yaşı tamam olub. (azərtac)