Bakıya yeni atraksionlar gətiriləcək

13 Noyabr 2019 19:24 (UTC+04:00)

Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.

Bu barədə Mövqe.az-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:

"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək".