Deputat: "Uşağa görə verilən birdəfəlik müavinət 200 manatdan 500 manata qaldırılmalıdır"

13 Noyabr 2019 23:30 (UTC+04:00)

“Azərbaycanda yeni doğulan uşağa görə birdəfəlik müavinətin məbləği105 manatdan 200 manata qaldırılsa da, yenidoğulan uşağın xərcləri bundan 10 dəfə artıqdır”.

Mövqe.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

O təklif edib ki, bu rəqəm 200 yox, 500 manat olsun: “Bəlkə, bu uşaq pulu verilməsi məsələsinin həllinə səbəb olar. Əvvəlki hesablamada bu işə 16 milyon manat lazım idisə, təklif etdiyim variantda isə 40 milyon manat vəsait gərəkdir. Büdcənin xərcləri 27 milyard manata çatan ölkə üçün ortadakı fərq elə də çox deyil. Bu həm də yeni doğulanların sağlamlığı baxımından da vacib addımdır”.