Bakı sakininin evindən külli miqdarda narkotik vasitə götürülüb

14 Noyabr 2019 09:43 (UTC+04:00)

Bakı şəhər sakininin evindən külli miqdarda narkotik vasitə götürülüb.

Mövqe.az-ın xəbərinə görə, hadisə noyabrın 12-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində baş verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Cavidan Babayevin yaşadığı ünvana baxış zamanı həyətində yerləşən istixanada 316 ədəd ümumi çəkisi 12 kq 710 qram çətənə kolları, yataq otağından 1 kq 159.457 qram qurudulmuş marixuana, kibrit qutusunda olan 5.501 qram bitki toxumları (kannabisi),1 ədəd sənədsiz qoşalüləli ov tüfəngi, 7 ədəd patron və 2 ədəd tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işi başlanılıb.