Sankt-Peterburqdan Bakıya yeni aviareys açılıb

14 Noyabr 2019 14:46 (UTC+04:00)

Rusiyanın “Smartavia” şirkəti Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya müntəzəm reyslər keçirməyə başlayıb.

Bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən məlumat veriblər.

Reyslər bu gündən başlayaraq həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Uçuşların cədvəli 2020-ci ilin martınadək tərtib olunub.

Reysin qiyməti 342.55 AZN göstərilir.