AYIN FUTBOLÇUSU - EMİN MAHMUDOV

14 Noyabr 2019 21:57 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

GOAL.az-ın keçirdiyi səsvermə nəticəsində ayın ən yaxşısı oyunçusu Neftçi-nin yarımmüdafiəçisi Emin Mahmudov seçilib. O 51,42 faiz göstərici ilə rəqiblərini qabaqlayıb.

Qalib PFL-in təqdim etdiyi 1 futbolçu, klub kapitanları tərəfindən ən çox adı çəkilən 2 futbolçu və ay ərzində ən çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilib. Oktyabr ayı üçün ən yaxşı oyunçu adına namizədlər arasında Qara Qarayev (Qarabağ), Stiven Jozef Monroz (Neftçi) və Nicat Süleymanov (Zirə) yer alıb.