Goranboyun bir kəndinə qaz verilib

14 Noyabr 2019 16:52 (UTC+04:00)

Bu gün Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə qaz verilib.

Bu barədə Mövqe.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 4 354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.