Abşeronda evdən 4500 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

15 Noyabr 2019 13:32 (UTC+04:00)

Abşeronda evdən 3000 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 3000 manat, 1500 manat dəyərində qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Paşazadə və əvvəllər məhkum olunmuş Ə.Savdumov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.