Azərbaycan təbii qaz ixracını 55% artırıb

15 Noyabr 2019 16:42 (UTC+04:00)

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 9,59 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Mövqe.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 1 882,542 milyon ABŞ dolları təşkil edib.

10 ay ərzində ixrac edilmiş "mavi yanacağ"ın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55,1%, dəyəri isə 55,6% çox olub. 

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,2% olub.