Müğənni Nura Suri və aktrisa Oksana Rəsulova da qatılıb.

16 Noyabr 2019 15:57 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, onlar gecədə bir-birini görməzlikdən gəlib.

Belə ki, Oksana tədbirə daxil olan zaman N.Suri qırmızı xalıda obyektivlərə pozlar verib. Bu zaman aktrisa onun qırmızı xalıdan çıxmağını gözləyib. Məşhurlar üz-üzə gəlsələr də, bir-biri ilə salamlaşmayıb.

Qeyd edək ki, onlar arasında qalmaqal O.Rəsulovanın hamilə olması xəbərini N.Surinin mediaya ötürməsi iddiasından sonra yaranıb. Lakin sonra məlum olub ki, xəbəri mediaya ötürən başqa bir şəxsdir.