Şəmkirdə yol qəzası olub

16 Noyabr 2019 18:36 (UTC+04:00)

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

Mövqe.az-ın xəbərinə görə hadisə magistral yolun Şəmkir rayonunun ərazisindən keçən hissəsində baş verib.

Qəza yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.