Bu qidalar qanda şəkəri kəskin artırır - Xəbərdarlıq

16 Noyabr 2019 22:57 (UTC+04:00)

Hətta faydalı bildiyimiz bəzi ərzaqlar da sağlamlığa zərərlidir. Məsələn qanda qlükozanı kəskin artıran bəzi qidalar gələcəkdə sizi diabet xəstəsi edə bilər.

Mövqe.az medicina.az-a istinadən qlikemik indeksi 70-dən yuxarı olan ərzaqların hansı halda qlükozanı artırdırdığını təqdim edir:

Mütəxəssislər bildirir ki, çiy kökün qlikemik indeksi 40-dır. Amma onu bişirdikdə 85-ə qalxır. Ona görə bişirilmiş kök qanda şəkəri çox qaldırır.

Vitaminlərlə zəngin kabak və qarpız da istənilən halda qlikemik indeksi 80-ni keçir. 100 qramdan artıq yemək olmaz. 

Cilalanmış düyü (hazırda marketlərdə satılan ağ düyü) və kartof da 90 indeksi keçir. Bu ərzaqları da çox yemək olmaz. Cilalanmamış yabanı düyü isə indeksi 50-dir, o daha faydalıdır.