Aqşin Yenisey xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

17 Noyabr 2019 13:52 (UTC+04:00)

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a A.Yenisey özü məlumat verib.

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib: 

"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.