Abşeronda birmərtəbəli ev yanıb

17 Noyabr 2019 15:55 (UTC+04:00)

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli mansarda tipli evin mansardasının tavanı 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.