Millinin heyətində ciddi itki

17 Noyabr 2019 18:27 (UTC+04:00)

"Azərbaycan yığması rəqiblərə çətinlik yarada bilir. Fikrimcə, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq".

Goal.az xəbər verir ki, bu sözləri Uels yığmasının müdafiəçisi Ben Deyvisə məxsusdur.

Uels millisi AVRO-2020-nin seçmə mərhələsində yığmamızla Bakıda keçirilən görüşdə 2:0 hesablı qələbə qazandı. Oyunsonrası jurnalistlərə danışan Deyvis komandamızın ünvanına xoş sözlər söyləyib: "Yaxşı futbolçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin çıxışını xüsusi qeyd edərdim. Çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. Bizə problem yarada bildilər".