Ağsuda 5 otaqlı ev yanıb

18 Noyabr 2019 10:55 (UTC+04:00)

Ağsuda 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Göydəlləkli kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları 19 m² sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.