Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

19 Noyabr 2019 10:01 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.