Bakıda Azərbaycan və Ukrayna yığmaları arasında oyun olacaq

19 Noyabr 2019 10:50 (UTC+04:00)

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Mövqe.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq matç saat 18:00-da başlayacaq.

“CBC Sport” telekanalının canlı yayımlayacağı görüşün baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.