Türkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıb

19 Noyabr 2019 11:44 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi ixracının dəyəri 25,364 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır. 

Mövqe.az bu barədə türk mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, 10 ay ərzində avtomobil sənayesi ixracında əsas yerləri Niderland, İraq və İsrail tutub. Bu ölkələrə ixracda müvafiq olaraq 6%, 22% və 13% artım qeydə alınıb. 

Hesabat dövründə Türkiyənin Azərbaycana avtomobil sənayesi ixracının dəyəri isə 86% artaraq 116,469 milyon dollar olub.