ADAU idman klubunun üzvləri ilə görüş keçirilib

19 Noyabr 2019 12:19 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunda idman klubunun üzvləri ilə görüş keçirilib. Görüş zamanı idmançıların təklifləri dinlənilib, gələcək məqsədlərdən danışılıb.

Mühəndislik fakültəsinin dekanı, professor Cəmaləddin Məmmədov bu klubun sağlam niyyətlər əsasında yaradıldığını deyib və gələcəkdə klub üzvlərinin təhsil müəssisəsinin idman şərəfini ləyaqətlə qoruyacağına əminliyini bildirib.

Sonra klubun rəhbəri, universitetin tələbəsi Cəlal Mirzəpur çıxış edib, klubun üzvlərinin sayını açıqlayıb. Bildirib ki, hələlik klubumuzun 95 nəfər üzvü var, onlardan 70 nəfəri oğlan, 25 nəfəri isə qızdır, biz bu klubda ən çox MMA (qaydasız döyüş), boks, güləş idman növlərinin öyrədilməsi ilə məşğul olunur.

Qeyd edək ki, klubda təkcə bu idman növləri deyil, digər idman növlərinin də məşqləri keçiriləcək, istəyə uyğun qruplar yaradılacaq.
Əlihüseyn Şükürov.