Sumqayıtda intiharın qarşısı alınıb

20 Noyabr 2019 14:17 (UTC+04:00)

Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​